Modern.az

Dünya çempionatının biletlərinin qiymətində dəyişiklik edildi

Dünya çempionatının biletlərinin qiymətində dəyişiklik edildi

İdman

17 Dekabr 2025, 09:38

FİFA 2026-cı il dünya çempionatına biletlərin yüksək qiymətləri ilə bağlı tənqid dalğasına reaksiya verib.

Modern.az xəbər verir ki, Beynəlxalq Futbol Federasiyası turnirin hər oyunu üçün 45 funt sterlinq dəyərində yeni bilet kateqoriyasını təqdim edib.

Daha əvvəl Futbol Azarkeşləri Assosiasiyası qiymət siyasəti ilə bağlı FİFA ilə danışıqlar aparılması üçün bilet satışının dayandırılmasını tələb etmişdi. Xatırladaq ki, ÇM-2026-nın final oyununa “büdcə kateqoriyası” üzrə biletlərin qiyməti 4185 ABŞ dollarından başlayır.

Yeni bilet kateqoriyası turnirdə keçiriləcək 104 oyunun hər biri üçün ümumi kvotanın 10%-ni təşkil edəcək. Hər bir ölkəyə öz oyunları üçün stadion tutumunun 8%-i həcmində kvota ayrılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır