Modern.az

Rusiyalı döyüşçü UFC-dən uzaqlaşdırıldı

Rusiyalı döyüşçü UFC-dən uzaqlaşdırıldı

İdman

17 Dekabr 2025, 11:38

Rusiyalı döyüşçü Vyaçeslav Borşev ardıcıl məğlubiyyətlərdən sonra UFC-dən uzaqlaşdırılıb.

Modern.az xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

Son vaxtlar 33 yaşlı döyüşçünün karyerası uğursuz keçib. O, 2025-ci ildə ardıcıl üç məğlubiyyətlə üzləşib. Sonuncu dəfə noyabrda UFC 322-də Mateus Kamiloya (Braziliya) hakimlərin yekdil qərarı ilə uduzub.

Qeyd edək ki, V.Borşev 2021-ci ilin oktyabrında "Dana White's Contender Series"də şotlandiyalı Kris Dunkanı nokautla məğlub etdikdən sonra UFC-yə daxil olmuşdu.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır