Modern.az

Azərbaycan UEFA reytinqində gerilədi

Azərbaycan UEFA reytinqində gerilədi

İdman

19 Dekabr 2025, 08:55

Azərbaycan UEFA reytinqində iki pillə geriləyib.

Modern.az xəbər verir ki, bu, UEFA Konfrans Liqasının əsas mərhələsində VI turun oyunlarından sonra baş verib.

Son tur matçlarının ardından Sloveniya 22,843 xalla 26-cı, Slovakiya isə 22,375 xalla 27-ci pilləyə yüksəlib. Əvəzində Azərbaycan 22,500 xalla 28-ci pilləyə enib.

Qeyd edək ki, Azərbaycanın cari mövsüm avrokuboklarda yeganə təmsilçisi “Qarabağ”dır. Ağdam təmsilçisi UEFA Çempionlar Liqasında mübarizə aparır.

Whatsapp
Bizə yazın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!