Dünən Qətərin “Lusayl” stadionu futbol üzrə Ərəb Kuboku turnirinin final oyununa ev sahibliyi edib. Həlledici görüşdə Mərakeş və İordaniya milli komandaları üz-üzə gəliblər.
Modern.az xəbər verir ki, qarşılaşmada ilk qolu 4-cü dəqiqədə Mərakeş yığmasının futbolçusu Ussama Tannane vurub. O, turnirin ən gözəl qollarından birinə imza atıb. Futbolçu uzaq məsafədən dəqiq zərbə ilə topu tora qovuşdurub. İordaniya seçməsi 48-ci və 68-ci dəqiqələrdə Ali Olvanın vurduğu qollarla hesabı öz xeyrinə dəyişib. Mərakeşli futbolçular əsas vaxtın başa çatmasına 3 dəqiqə qalmış Əbdürrazzaq Həmdallahın sayəsində hesabı bərabərləşdiriblər. Əsas vaxtda qalib müəyyənləşmədiyindən komandalar meydanda əlavə 30 dəqiqə mübarizə aparıblar. 100-cü dəqiqədə daha bir dəfə fərqlənən Həmdallah yekun hesabı müəyyənləşdirib – 3:2.
Beləliklə, Mərakeş millisi Ərəb Kubokunun qalibi olub.