Modern.az

FİFA-dan "Əl-Nəsr"ə transfer qadağası

FİFA-dan "Əl-Nəsr"ə transfer qadağası

İdman

20 Dekabr 2025, 17:29

FİFA Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna transfer qadağası qoyub.

Modern.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, qadağaya səbəb "Əl-Nəsr"in 2023-cü ildə mərkəz müdafiəçisi Aymerik Laportun transferi üçün "Mançester Siti"yə borclu qalması ola bilər.

Vurğulanır ki, klub "şəhərlilər"a təxminən 9 milyon avro ödəməyib. Borcun ödənilməsi üçün son tarix 31 avqustda başa çatıb.

Ötən payızda isə Laport "Əl-Nəsr"dən "Atletik"ə keçib.

Xatırladaq ki, "Əl-Nəsr"in kapitanı "Qızıl top"un beşqat qalibi Kriştiano Ronaldodur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır