Futbol üzrə Afrika Millətlər Kubokuna start verilib.
Modern.az xəbər verir ki, açılış oyununda turnirə ev sahibliyi edən Mərakeş millisi Komor adaları yığması ilə qarşılaşıb. A qrupunda baş tutan görüşdə meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.
Bu gün turnirdə daha iki qarşılaşma keçiriləcək. A qrupunda Mali Zambiyanı, B qrupunda isə Cənubi Afrika Respublikası Anqolanı sınağa çəkəcək. Görüşlər, müvafiq olaraq, Bakı vaxtı ilə saat 18:00 və 21:00-da başlayacaq.
Qeyd edək ki, Afrika Millətlər Kubokuna 2026-cı il yanvarın 18-də yekun vurulacaq.