“Kəpəz” Katsper Rosa və Perdo Qomeşlə yollarını ayırıb.
Klubdan Modern.az-a bildirilib ki, polşalı qapıçı və portuqaliyalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Hər iki oyunçu Gəncə təmsilçisinə cari mövsümün əvvəlində cəlb olunmuşdu.