Modern.az

Təbrizin "Tractor" klubuna ağır cəza verildi

Təbrizin "Tractor" klubuna ağır cəza verildi

İdman

25 Dekabr 2025, 11:00

Təbrizin "Tractor" klubuna ağır cəza verilib.

Modern.az xəbər verir ki, İran Futbol Federasiyasının İntizam Komitəsi dekabrın 18-də keçirilmiş "Tractor" - "Persepolis" oyununda intizam qaydalarının pozlduğu qənaətinə gəlib.

Kubok uğrunda keçirilmiş həmin oyun "Tractor"un Tehran klubu üzərində 8:7 (penaltilərlə) qələbəsi ilə başa çatmışdı.

İntizam Komitəsinin qərarına görə, "Tractor" ölkə kubokunda həm ev, həm də səfər oyunlarında azarkeşsiz oynayacaq.

Tərbiz klubuna 3 milyard tümən məbləğində cərimə kəsilib.

"Tractor"un 12 lider azarkeşinə 6 ay müddətinə qadağa qadağa qoyulub.

Gələn mövsüm ölkə kubokunda "Persepolis"ə qarşı oyunda azarkeşlərin stadiona buraxılmaması da qərara alınıb

"Tractor" klubu İntizam Komitəsinin qərarına etiraz edib.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır