Modern.az

Qara Qarayev "Araz-Naxçıvan"dan ayrıldı

Qara Qarayev "Araz-Naxçıvan"dan ayrıldı

İdman

25 Dekabr 2025, 15:14

"Araz-Naxçıvan" klubu Qara Qarayevlə yolları ayırıb.

Modern.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətindən bildirilib.

Təcrübəli yarımmüdafiəçi klub rəhbərliyi ilə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib. Müraciəti nəzərə alan klub rəhbərliyi xidmətlərinə görə ona təşəkkür edib. Futbolçu ilə müddəti mövsümün sonuna qədər olan müaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Qara Qarayev ötən ilin oktyabrından "Araz-Naxçıvan"ın heyətində çıxış edirdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır