İngiltərə Premyer Liqasının 18-ci turunda "Mançester Siti" səfərdə "Nottinqem Forest"in qonağı olub.
Modern.az xəbər verir ki, qarşılaşma "şəhərlilər"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Nottinqem Forest" - "Mançester Siti" - 1:2
Qollar: O.Hatçinson, 54 – T.Reynders, 48, R.Şerki, 83
Bu qələbədən sonra xallarını 40-a çatdıran Xosep Qvardiolanın komandası turnir cədvəlində liderliyə yüksəlib. "Nottinqem Forest" isə 18 xalla 17-ci pillədə qərarlaşıb.