Modern.az

Məni təhqir edin, ancaq Azərbaycan xalqını yox - "Traktor"un sahibi

Məni təhqir edin, ancaq Azərbaycan xalqını yox - "Traktor"un sahibi

İdman

28 Dekabr 2025, 16:54

Təbrizin "Traktor" futbol klubunun sahibi Məhəmmədrza Zunuzi televiziya kanallarının birində canlı yayımda çıxışı zamanı türklərə qarşı təhqirlərə sərt reaksiya verib.

 

Modern.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

 

O bildirib ki, şəxsi təhqirlərə dözə bilər, lakin Azərbaycan xalqına qarşı hörmətsizliyə heç vaxt göz yummayacaq.

 

Zunuzi qeyd edib ki, etnik təhqirlər davam edərsə, komandanın oyunlara çıxmasına icazə verməyəcək:

 

"Futbolda başımızı da kəssələr, türklərə qarşı təhqir qarşısında geri çəkilməyəcəyik. Xalqın qeyrəti "Traktor"dan da önəmlidir".

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi