Afrika Millətlər Kubokunun ikinci turunun Sudan - Ekvatorial Qvineya matçında (1:0) qapıçı huşunu itirib.
Modern.az xəbər verir ki, Sudan millisinin qapıçısı Monqed Elnil matçın 37-ci dəqiqəsində cərimə meydançasının kənarına yaxınlığında yıxılıb.
Həmin vaxt oyun meydanın əks tərəfində davam edib. Daha sonra hakim matçı dayandırıb və tibb işçiləri kömək etmək üçün meydana çıxıblar. Həkimlərin müdaxiləsindən və bir neçə dəqiqəlik fasilədən sonra qapıçı oyuna davam edə bilib.
Sudan milli komandasının tibb heyətinin nümayəndələrinin sözlərinə görə, Elnilin huşunu itirməsinin səbəbi qan təzyiqinin və ya qan şəkərinin səviyyəsinin qısamüddətli aşağı düşməsi olub.
