Modern.az

“Qalatasaray”la “Fənərbaxça” qarşılaşacaq

“Qalatasaray”la “Fənərbaxça” qarşılaşacaq

İdman

7 Yanvar 2026, 00:20

Bu gün futbol üzrə Türkiyə Superkubokunda yarımfinal mərhələsinin digər qarşılaşması keçirilib.

 

Modern.az xəbər verir ki, finala vəsiqə uğrunda “Fənərbaxça” “Samsunspor”la üz-üzə gəlib.

 

Görüş Yeni Adana Stadionunda baş tutub və Bakı vaxtı ilə saat 21:30-da start götürüb.

 

Kerem Aktürkoğlu və Con Duranın vurduğu qollar sayəsində “sarı-lacivərdlilər” rəqibini 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib. “Fənərbaxça” həlledici görüşdə “Qalatasaray”la qarşılaşacaq.

 

Xatırladaq ki, yarımfinal mərhələsinin ötən gün keçirilən ilk oyununda “sarı-qırmızılılar” “Trabzonspor”u 4:1 hesabı ilə məğlub edərək finala adlayıblar.

 

Qeyd edək ki, Türkiyə Superkubokunun final qarşılaşması yanvarın 10-da Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır