Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayntraxt” (Almaniya) komandaları arasındakı oyunda ikinci hissə başlayıb.
Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün ilk yarısından sonra hesab bərabərdir - 1:1.
Qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edir.
***
21:55
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda ikinci qol vurulub.
Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qonaqlar hesabı bərabərləşdiriblər - 1:1.
11-ci dəqiqədə Can Uzun adını tabloya yazdırıb.
***
21:55
Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayntraxt” (Almaniya) komandaları arasındakı oyunda hesab açılıb.
Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 4-cü dəqiqəsində Kamilo Duran komandamızı önə keçirib - 1:0..
***
21:45
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyunu start götürüb.
Modern.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Görüşü isveçrəli FIFA referisi Sandro Şerer idarə edir.
***
20:43
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda üz-üzə gələcək "Qarabağ" və Almaniyanın "Ayntraxt" kollektivlərinin start heyətləri bəlli olub.
Modern.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.
"Ayntraxt": Kauan Santos, Artyur Teate, Robin Kox (k), Ansqar Knauff, Rasmus Kristensen, Elie Skiri, Huqo Larsson, Nnamdi Kollinz, Nataniel Braun, Riçu Doan, Can Uzun.
Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" oyunu bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.