Modern.az

Mən sehrbaz deyiləm...

Mən sehrbaz deyiləm...

İdman

22 Yanvar 2026, 00:55

Çox məyusuq. Erkən qol buraxdıq.

Modern.az xəbər verir ki, bu sözləri Almaniyanın “Ayntraxt” komandasının müvəqqəti baş məşqçisi Dennis Şmitt UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda Bakıda "Qarabağ"a 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, birinci qoldan sonra komandasının toparlandığını bildirib: "Fasilədə müəyyən danışıqlarımız oldu. Taktiki dəyişikliklər etdik:

"Qarabağ" hesabı bərabərləşdirənə qədər üstün idik. Amma rəqib də hücumlar edirdi. Bu matçı analiz edib, qarşıdakı görüşlərə daha yaxşı hazırlaşacağıq. Az vaxtımız var idi, oyunçular meydanda can qoydular, amma bir səhv hər şeyi dəyişdi. Bilirəm ki, futbolçular psixoloji olaraq yaxşı vəziyyətdə deyil. Lakin komandanın yaxşı potensialı var. Nəzərə almaq lazımdır ki, itkilərimiz də var idi. Mən sehrbaz deyiləm".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır