Modern.az

"Qarabağ"ı uduzdurmağa çalışan Sandro Şerer kimdir?

"Qarabağ"ı uduzdurmağa çalışan Sandro Şerer kimdir?

İdman

22 Yanvar 2026, 10:51

Komandamızın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda “Ayntraxt”a qarşı keçirdiyi matçın hakimi Sandro Şerer oyun vaxtı bir neçə mübahisəli qərarı ilə yadda qaldı. "Qarabağ"ın oyunçularına qarşı açıq kobudluğa göz yuman hakim bir neçə epizodda penal zərbəsi təyin etmədi və qaydaları pozmadığı halda bəzi hallarda qonaqların xeyrinə qərarlar çıxarıb. Amma onun səylərinə baxmayaraq Ağdam təmsilçisi əzmkarlıq nümayiş etdirərək son dəqiqə qolu ilə rəqibini 3:2 hesabı ilə məğlub etdi.

Hakim qərəzinə hətta ölkə başçısı da diqqət yönəldib.

"Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar", - deyə ölkə başçısı təbrik paylaşımında vurğulamışdı.

Modern.az xəbər verir ki, oyunun hakimi Sandro Şerer qalmaqallı reputasiyaya malikdir. 1988-ci il iyunun 6-da İsveçrənin Byutikkon kommunasında anadan olan Şerer 2011-ci ildən hakimlik edir. O 2024-cü ildə Futbol üzrə Avropa Çempionatında matç idarə edən 19 hakimdən biri olub. Bundan başqa, 2025-ci ilin iyununda Millətlər Liqasının finalını - İspaniya - Portuqaliya matçını idarə edib. 

O bundan əvvəl də bir neçə matçda yanlış qərarları ilə gündəmə gəlib. 


Belə ki, 2024-cü il oktybarın 1-də UEFA Çempionlar Liqasının Liqasının “Milan” – “Bayer Leverkuzen” Şererin idarəçiliyi fonunda qalmaqallarla yadda qalıb.

“San Siro”da keçirilən “Milan” – “Bayer Leverkuzen” qarşılaşmasında İtaliya klubunun xeyrinə bir neçə açıq epizodda qərar verilməməsi həm futbolçuların, həm də azarkeşlərin kəskin etirazına səbəb olub. Oyunun son dəqiqələrində Leverkuzen müdafiəçisi Piero Hinkapinin Ruben Loftus-Çikin ayağına açıq şəkildə basmasına baxmayaraq, Sandro Şerer nə qayda pozuntusu təyin edib, nə də VAR müdaxilə edib. Halbuki təkrar görüntülərdə epizodun aydın şəkildə göründüyü bildirilir.


Bundan əlavə, Temmi Abrahamın cərimə meydançası daxilində Tapsoba tərəfindən yerə yıxıldığı epizodda penalti təyin olunmaması da mübahisə doğurub. Təkrar görüntülər Leverkuzen futbolçusunun topa toxunmadığını göstərsə də, meydandakı “penalti yoxdur” qərarı dəyişdirilməyib. Alvaro Morata və Teo Ernandeslə bağlı epizodlarda da “Milan”ın xeyrinə ciddi qərarların verilməməsi İtaliya klubunun narazılığını daha da artırıb.


Oxşar vəziyyət Çempionlar Liqasının 1/8 final mərhələsində 2025-ci il martın 12-də keçirilən “Lill” – “Borussiya Dortmund” oyununda da yaşanıb. Matçın 52-ci dəqiqəsində Dortmund hücumçusu Seru Girassinin cərimə meydançasında yıxıldığı epizodda Sandro Şerer tərəddüd etmədən penalti qərarı verib. VAR sistemi bu qərara müdaxilə etməyib. Lakin televiziya təkrarlarında “Lill”in müdafiəçisi, Dortmundun sabiq futbolçusu Tomas Mönyenin açıq qayda pozuntusu etdiyi tam aydın görünməyib.


“Blue Sport” telekanalının hakimlər üzrə eksperti Paskal Erlaxner də bu epizodla bağlı penalti qərarı ilə razılaşmadığını açıqlayıb. Penalti zərbəsini Emre Can dəqiq yerinə yetirib və bundan sonra Dortmund oyunda üstünlüyü ələ alıb. Qarşılaşma Maksimilian Bayerin qolu ilə 2:1 hesabı ilə başa çatıb və Almaniya klubu 1/4 finala yüksəlib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır