Modern.az

Ronaldo üçün son 40 QOL

Ronaldo üçün son 40 QOL

İdman

22 Yanvar 2026, 08:33

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo karyerasında 960-cı qolunu vurub.

Modern.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı Premyer Liqasının 17-ci turunda “Damak”la oyunda 50-ci dəqiqədə Joao Feliksin ötürməsindən fərqlənib.

Qarşılaşma “Əl-Nəsr”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 40 yaşlı K.Ronalda bir müddət əvvəl 1000 qola çatanadək karyerasını davam etdirmək istədiyini bildirmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır