Modern.az

“Qarabağ” Çempionlar Liqasında 18-ci yerdə - CƏDVƏL

“Qarabağ” Çempionlar Liqasında 18-ci yerdə - CƏDVƏL

İdman

22 Yanvar 2026, 09:10

Ötən gecə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 7-ci turuna yekun vurulub.

Modern.az xəbər verir ki, bu turdan sonra İngiltərənin "Arsenal" klubu 1/8 finala vəsiqəni rəsmiləşdirən ilk komanda olub. Bunun ardınca "Bavariya” (Almaniya) da Çempionlar Liqasında 1/8 finala vəsiqəni təmin edib.

"Vilyarreal" və "Kayrat"ın isə Çempionlar Liqası ilə vidalaşacağı dəqiqləşib.

Azərbaycan çempionu “Qarabağ” Bakıda "Ayntraxt"ı (Almaniya) 3:2 hesabı ilə məğlub edərək turnir cədvəlində 18-ci sıraya yüksəlib.

"Qarabağ" Liqa mərhələsinin son görüşündə "Liverpul"la (İngiltərə) qarşılaşacaq.
Komandamız pley-offa yüksəlmək üçün yaxşı şans qazanıb.

Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır.
25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.



 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır