"Qarabağ" və Almaniyanın "Ayntraxt" (Frankfurt) komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda Video köməkçi hakim (VAR) sistemi işləyib.
Modern.az xəbər verir ki, bu barədə "köhlən atlar"ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev bildirib.
Onun sözlərinə görə, sadəcə, qarşılaşmanın əvvəlində baş hakimlə VAR otağı arasında rabitə problemi yaranıb:
"Bu isə tezliklə həll edilib və matç başlayıb. Oyunda VAR sistemi olub".
Qeyd edək ki, "Qarabağ" "Aytraxt"ı 3:2 hesabı ilə məğlub edib. Matçın baş hakimi isveçərli Sandro Şerer olub. ("Report")