Modern.az

“Qarabağ”ın Çempionlar Liqasındakı qazancı MƏLUM OLDU

“Qarabağ”ın Çempionlar Liqasındakı qazancı MƏLUM OLDU

İdman

22 Yanvar 2026, 13:20

Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci tur ev oyununda Almaniyanın “Ayntraxt” komandasını 3-2 hesabı ilə məğlub edən “Qarabağ”ın turnirdən əldə etdiyi gəlir artıb.

Modern.az xəbər verir ki, 7 oyundan sonra 10 xal toplayan Ağdam təmsilçisinin UEFA-dan qazancı nə az, nə çox, düz 7,05 milyon avroya (təqribən 14 milyon manat) çatıb.

Mötəbər turnirin liqa mərhələsindəki hər qələbə üçün  2,1 milyon avro mükafat ayrılır. Bərabərlik zamanı isə komandalar hərəyə 750 min avro əldə edir.

“Köhlən atlar” Çempionlar Liqasında növbəti mərhələyə vəsiqə qazandığına görə 23,7 milyon avro (47,1 milyon manat) qazanıb. Ümumən “Qarabağ”ın cari mövsümdəki gəliri təqribən 30,75 milyon avroya (61,11 milyon manat) çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır