Modern.az

Allaha dua edirdim ki, oğlum qol vursun - Bəhlul Mustafazadənin atası

Allaha dua edirdim ki, oğlum qol vursun - Bəhlul Mustafazadənin atası

İdman

22 Yanvar 2026, 15:06

“Həmişə onun belə bir oyunda qol vurmasını xəyal etmişəm, nəhayət, bu gerçəkləşdi”. 

Modern.az xəbər verir ki, bu sözləri Offsideplus.az-a Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayev oğlunun “Qarabağ” - “Ayntraxt” matçında (3:2) qələbə qoluna imza atması barədə danışarkən bildirib. 

“Çox sevincliyəm, arzularım reallaşdı. Mən 10 gün idi ki, bu oyunu düşünürdüm. Hər səhər yuxudan oyananda Allaha dua edirdim ki, Bəhlul qol vursun. 20 yaşımda futbolla vidalaşmışam. Mənim də çox arzularım var idi, Bəhlul arzularımı həyata keçirdi. Təbii ki, çox sevincliyəm. Oyundan əvvəl bir yerdə idik. Hər halda həyəcanlı idi, kefi yaxşıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır