Modern.az

"Qarabağ" o hakimdən UEFA-ya şikayət edəcək? - AÇIQLAMA

"Qarabağ" o hakimdən UEFA-ya şikayət edəcək? - AÇIQLAMA

İdman

22 Yanvar 2026, 16:08

"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda “Ayntraxt”a qarşı keçirdiyi matçın hakimi Sandro Şerer oyun vaxtı bir neçə mübahisəli qərarı ilə yadda qaldı. "Qarabağ"ın oyunçularına qarşı açıq kobudluğa göz yuman hakim bir epizodda 11 metrlik zərbəni təyin etmədi və qaydalar pozulmadığı halda bəzən qonaqların xeyrinə qərarlar çıxardı. Amma onun səylərinə baxmayaraq Ağdam təmsilçisi əzmkarlıq nümayiş etdirərək son dəqiqə qolu ilə rəqibini 3:2 hesabı ilə məğlub etdi.

Hakim qərəzinə hətta Azərbaycan Prezidenti İlham Əliyev də diqqət yönəldib.

"Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar", - deyə ölkə başçısı bildirib.

Maraqlıdır, Azərbaycan tərəfdən isveçrəli hakim Sandro Şererlə bağlı UEFA-ya müraciət ediləcək?

Modern.az saytı məsələni aydınlaşdırmaq üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə əlaqə saxlayıb.

AFFA-nın mətbuat katibi Murad Axundzadə bildirib ki, hakimlə bağlı hər hansı müraciəti ancaq "Qarabağ" Futbol Klubu özü edə bilər:

"Çempionlar liqasında klub yarışmasında iştirak edən "Qarabağ"dır. Yalnız klubun öz rəsmiləri şikayət yaza bilər".

"Qarabağ"ın mətbuat katibi Anar Hacıyev isə dünənki oyunun hakimliyilə bağlı hər hansı şikayət olacağı təqdirdə ictimaiyyətə açıqlama verəcəklərini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır