Modern.az

“Qarabağ” məğlub olsa da, "pley-off"a keçdi

“Qarabağ” məğlub olsa da, "pley-off"a keçdi

İdman

29 Yanvar 2026, 01:54

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu - VIII turunda "Liverpul"a (İngiltərə) böyük hesabla uduzub.

Modern.az xəbər verir ki, "Enfild" stadionunda keçirilirən matçda ev sahibləri 6:0 hesablı qələbəyə seviniblər.

Məğlubiyyətə baxmayaraq "köhlən atlar" əsas mərhələdə topladığı 10 xal sayəsində pley-off mərhələsinə yüksəlməyi bacarıb.

***

01:23

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda beşinci qol vurulub.

Modern.az xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 5:0.

60-cı dəqiqədə Aleksis Makallister dubl müəllifi olub.

***

00:20

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda dördüncü qol vurulub.

Modern.az xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 4:0.

57-ci dəqiqədə Yoqo Ekitike diqqət mərkəzinə düşüb.

***

01:10

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda üçüncü qol vurulub.

Modern.az xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 3:0.

50-ci dəqiqədə Məhəmməd Salah qapını dəqiq nişan alıb.

***

00:23

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda ikinci qol vurulub.

Modern.az xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiirblər - 2:0.

21-ci dəqiqədə Florian Virts adını tabloya yazdırıb.

***

00:17

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turu çərçivəsində keçirilən “Liverpul” və “Qarabağ”komandaları arasındakı oyunda hesab açılıb.

Modern.az xəbər verir ki, “Enfild” stadionunda təşkil olunan görüşün 15-ci dəqiqəsində rəqibin heyətində Aleksis Makallister fərqlənib - 1:0..

***

00:00

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turu çərçivəsində keçirilən “Liverpul” və “Qarabağ” komandaları arasındakı oyun başlayıb.

Modern.az xəbər verir ki, “Enfild” stadionunda təşkil olunan görüş Bakı vaxtı ilə saat 00:00-da start götürüb.

Matçı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edir..

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır