Modern.az

Zelim Tçkayev Paris “Böyük Dəbilqə”sində finala yüksəldi

Zelim Tçkayev Paris “Böyük Dəbilqə”sində finala yüksəldi

8 Fevral 2026, 19:58

Azərbaycan cüdoçusu Zelim Tçkayev Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində finala vəsiqə qazanıb.

Modern.az xəbər verir ki, idmançı yarımfinalda qazaxıstanlı Abilayxan Jubanazarı qızıl xalla məğlub edib.

Qeyd edək ki, ötən gün Balabəy Ağayev (60 kq) qızıl mükafata sahib çıxıb. Ruslan Paşayev (66 kq) isə bürünc medal qazanıb.

Xatırladaq ki, “Böyük Dəbilqə” bu gün başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran generallarını tələyə saldılar - Şoka salan KÜTLƏVİ ÖLÜM