Modern.az

Yamal Avropada 19 yaşadək ən çox qol vuran oyunçudur

Yamal Avropada 19 yaşadək ən çox qol vuran oyunçudur

İdman

9 Fevral 2026, 11:47

İspaniya çempionu "Barselona"nın yan kənar oyunçusu Lamin Yamal 21-ci əsrdə Avropanın 19 yaşdan kiçik ən yaxşı liqalarında ən çox qol vuran oyunçu olub.

Modern.az xəbər verir ki, Lamin Yamal İspaniya La Liqasının 24-cü turunda "Malyorka"ya qarşı (3-0) oyunda növbəti qolunu vurub. Beləliklə, onun 24 qolu var.

Bu statistika ilə Yamal "Monako" və PSJ-də 23 qol vuran fransız hücumçusu Kilian Mbappeni geridə qoyur.

Ueyn Runi (15), Valeri Bojinov (14), Ansu Fati (13), Yusufa Mukoko (13) və Florian Virtz (13) də ən çox qol vuranlar arasındadır.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları İranla sərhəddə hərəkətə keçdi