İspaniyanın “Real” klubunun kapitanı Dani Karvahal cari mövsümün sonunda komandadan ayrılmaq ehtimalı ilə üzləşib.
Modern.az xəbər verir ki, Madrid təmsilçisinin rəhbərliyi 34 yaşlı müdafiəçi ilə müqavilənin uzadılması barədə hələlik yekun qərar qəbul etməyib. Klub mümkün ayrılığı nəzərə alaraq, artıq onun mövqeyi üçün alternativ variantları araşdırır.
Qeyd edək ki, Karvahal 2013-cü ildən bəri “Real”ın formasını geyinir. Onun klubla müqaviləsi 2025/2026 mövsümünün sonunadək qüvvədədir. Futbolçu bu mövsüm 10 oyunda meydana çıxsa da, qol və məhsuldar ötürmə ilə fərqlənməyib.
“Transfermarkt” portalına görə, futbolçunun hazırkı transfer dəyəri 7 milyon avro təşkil edir.