Modern.az

“Qarabağ”ın oyununun başlama saatı DƏYİŞDİRİLDİ

“Qarabağ”ın oyununun başlama saatı DƏYİŞDİRİLDİ

İdman

10 Fevral 2026, 13:33

Misli Premyer Liqasının XIX turu çərçivəsində bu gün keçirilməli olan “Şamaxı” – “Qarabağ” oyununun başlama saatı əlvəreşsiz hava şəraiti səbəbindən dəyişdirilib.

Modern.az xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi saat 14:30-da deyil, 14:50-də start götürəcək.

Qeyd edək ki, hazırda Şamaxı şəhər stadionunun ot örtüyünün qardan təmizlənməsi prosesi davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Çörək bahalaşdı, pensiyalar bu qədər artır - Xəbəriniz Var?