Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin "Qarabağ" klubundan getməsi baş məşqçi Qurban Qurbanov üçün ürəkaçan deyil.
Modern.az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə mətbuat konfransında açıqlama verib.
O, 21 yaşlı hücumçunun ABŞ təmsilçisi "Kolumbus Kru"ya mümkün keçidi ilə bağlı danışıb:
"Nəriman kimi futbolçunun komandadan getməsi bizim üçün ürəkaçan deyil. Amma sadəcə, son vaxtlar məlum məsələlərə görə getməsi lazım idi. Çünki özündə deyildi. Hər gün fərqli fikirdə idi, qarşısına nəsə çıxırdı, yazılanları oxuyub gəlirdi. Amma Nəriman Axundzadə bizim komandanın ən məhsuldar oyunçulardan biridir. Onun getməyinə ehtiyac var idi ki, öz oyununu yenidən tapsın. Nəriman mənə lazım olan futbolçudur, sıx qrafikdə ehtiyacım var. Edəcək bir şey yoxdur. Təki transfer alınsın, onun üçün yaxşı olsun. Böyümək üçün son iki ildə çox əziyyət çəkib.