Misli Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.
Modern.az xəbər verir ki, günün ikinci matçında "Sumqayıt" "Araz-Naxçıvan"la üz-üzə gəlib.
Qarşılaşma Naxçıvan klubunun qələbəsi ilə bitib - 1:0. 45+5-ci dəqiqədə Ramon Maçado fərqlənib. "Gənclik şəhəri" təmsilçisinin heyətində Aleksandr Ramalinqom 74-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Bu nəticədən sonra "Sumqayıt" 30 xalla altıncı, eyni xala malik olan "Araz-Naxçıvan" yeddinci pillədə qərarlaşıb.
Günün ilk matçında "Neftçi" "Kəpəz"i üstələyib - 3:1.
Qeyd edək ki, tura fevralın 16-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "İmişli"ni, "Zirə" "Karvan-Yevlax"ı 1:0 hesabı ilə məğlub edib.