Modern.az

Kifayət Mustafayeva Çempionlar Liqasına təyinat aldı

Kifayət Mustafayeva Çempionlar Liqasına təyinat aldı

İdman

16 Fevral 2026, 09:55

AFFA-nın Sosial Ətraf mühit dayanıqlılığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.

Modern.az milli assosiasiyanın rəsmi saytına istinadla xəbər verir ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Yuventus” (İtaliya) – “Volfsburq” (Almaniya) oyununun UEFA nümayəndəsi olacaq.

Görüş fevralın 19-da İtaliyanın Turin şəhərində yerləşən “Yuventus” stadionunda təşkil olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?