Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsi start götürür və Azərbaycan futbol azarkeşlərinin diqqəti Bakıya yönəlib. Avropanın ən nüfuzlu klub turnirində “Qarabağ” sabah İngiltərənin “Nyukasl” komandası ilə üz-üzə gələcək.
Qarşılaşma saat 21:45-də başlayacaq. Oyuna maraq son dərəcə yüksəkdir - artıq 27 500 bilet satılıb. Bu isə stadionda anşlaq atmosferinin formalaşacağını göstərir.
İngilis azarkeşlər Bakıda
Artıq “Nyukasl” azarkeşlərinin bir qismi Azərbaycana gəlib. Onların bir hissəsi bu gün paytaxtın ən qədim və tarixi məkanlarından olan “İçərişəhər” qoruğunda görüntülənib. Qonaqlar həm şəhərin tarixi abidələri ilə tanış olur, həm də qarşıdakı oyunla bağlı həyəcanlarını bölüşürlər.
Modern.az ingilis azarkeşlərinin sabahkı oyunla bağlı gözləntilərini öyrənib.
“Biz Nyukasllıyıq, mütləq qazanmalıyıq”
Jami adlı azarkeş saytımıza açıqlamasında iddialı danışıb: “Biz Nyukasllıyıq, mütləq qazanmalıyıq. Hesab edirəm ki, oyun 3:1 bizim xeyrimizə olacaq”.