Ötən gecə UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.
Modern.az xəbər verir ki, ilk oyun gününə 4 görüş oynanılıb.
Türkiyə təmsilçisi “Qalatasaray” İstanbulda İtaliyanın “Yuventus” klubunu qəbul edib. Matçda "Qalatasaray" 5:2 hesablı qələbə qazanıb.
“Real” səfərdə “Benfika”nı üstələyib. PSJ və "Monako"ya qalib gəlib. Dortmund “Borussiya”sı isə “Atalanta”nı məğlub edib.
17 fevral
UEFA Çempionlar Liqası, pley-off mərhələsi, ilk oyunları
"Qalatasaray" (Türkiyə) – "Yuventus" (İtaliya) - 5:2
"Borussiya" (Dortmund, Almaniya) – "Atalanta" (İtaliya) - 2:0
"Benfika" (Portuqaliya) – "Real" (İspaniya) - 0:1
"Monako" (Fransa) – PSJ (Fransa) - 2:3