Modern.az

"Fənərbağça" İngiltərə klubuna uduzub - YENİLƏNİB

"Fənərbağça" İngiltərə klubuna uduzub - YENİLƏNİB

İdman

19 Fevral 2026, 23:44

Türkiyənin "Fənərbağça" klubu UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Modern.az xəbər verir ki, İngiltərənin "Nottinqem Forest" kollektivi ilə qarşılaşan Domeniko Tedeskonun baş məşqçisi olduğu kollektiv 0:3 hesabı ilə uduzub.

İstanbulda baş tutan matçda qolları Murillo (21), İqor Jesus (43) və Morqan Qibbs-Uayt (50) vurublar.

Qeyd edək ki, pley-off mərhələsinin cavab qarşılaşmaları fevralın 26-da baş tutacaq.

21:54

"Fənərbağça" futbol klubu UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununa çıxır.

Modern.az xəbər verir ki, Türkiyə təmsilçisi bu gün İstanbulda İngiltərənin "Nottingem Forest" komandası ilə qarşılaşır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranla Rusiya hərəkətə keçdi - Dəhşətli hücum hazırlığı başladı