Modern.az

“Turan Tovuz” “Zirə”yə, “Sumqayıt” “Qəbələ”yə qarşı

“Turan Tovuz” “Zirə”yə, “Sumqayıt” “Qəbələ”yə qarşı

İdman

20 Fevral 2026, 09:48

Bu gün Misli Premyer Liqasında XXI tura start verilir.

Modern.az xəbər verir ki, turun ilk oyun günündə iki görüş baş tutacaq.

Günün ilk oyununda “Turan Tovuz” “Zirə” ilə üz-üzə gələcək. “Azersun Arena”da baş tutacaq oyunun start fiti saat 17:00-da çalınacaq.

Günün son görüşündə isə “Sumqayıt” doğma meydanda “Qəbələ”ni qəbul edəcək. Bu qarşılaşma 19:30-da başlayacaq.

Misli Premyer Liqası

II dövrə, XXI tur

20 fevral

17:00. “Turan Tovuz” – “Zirə”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Əkbər Əhmədov

VAR: Kamranbəy Rəhimov

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: İlham Əliyev

“Azersun Arena”.

19:30. “Sumqayıt” – “Qəbələ”

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov

VAR: Cavid Cəlilov

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Eldəniz Musayev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Prezidentin qaldığı hotelə hücum - Təxribat cəhdi