Modern.az

Nərimanın ABŞ klubuna qoşulmağı ləngiyə bilər

Nərimanın ABŞ klubuna qoşulmağı ləngiyə bilər

İdman

20 Fevral 2026, 17:45

MLS təmsilçisi "Kolambus Kryu" klubuna keçən Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin ABŞ-yə gedişi ləngiyə bilər.

Modern.az xəbər verir ki, bu barədə hücumçunun meneceri Tural Əsgərov məlumat verib.

O, 21 yaşlı futbolçunun hələ viza almadığını bildirib: “Məsələ gələn həftə həll olunmalıdır. Amma ləngiyə də bilər. Səfərin martın əvvəlinə kimi baş tutacağına ümidliyik”.

Qeyd edək ki, Nəriman Axundzadənin "Kolambus Kryu" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. Ağdam təmsilçisi bu keçiddən 1 milyon avrodan bir az çox qazanıb.(AzərTac)

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?