Modern.az

Premyer Liqa: "Sumqayıt" "Qəbələ" ilə heç-heçə etdi

Premyer Liqa: "Sumqayıt" "Qəbələ" ilə heç-heçə etdi

İdman

20 Fevral 2026, 22:11

Misli Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.

Modern.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Qəbələ" ilə qarşılaşan "Sumqayıt" rəqibi ilə qolsuz heç-heçə edib.

Bu nəticədən sonra "gənclik şəhəri" təmsilçisi 31 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Qəbələ" isə 15 xalla 10-cudur.

Qeyd edək ki, turun açılış matçında "Turan Tovuz" "Sumqayıt"ı (2:0) məğlub edib. XXI tura fevralın 22-də yekun vurulacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?