Modern.az xəbər verir ki, bu barədə Neymar "Cazé TV"yə verdiyi müsahibəsində danışıb.
“Bundan sonra nə olacağını bilmirəm, bəlkə dekabrda karyeramı bitirəcəyəm, görək qəlbim mənə nə deyəcək”, – deyə 34 yaşlı futbolçu bildirib.
Qeyd olunur ki, Neymar 2025-ci ilin yanvarından "Santos"da çıxış edir və onun klubla mövcud müqaviləsi 2026-cı ilin sonuna qədər nəzərdə tutulub.