Bu gün Misli Premyer Liqasında 21-ci tur davam edib.
Modern.az xəbər verir ki, ikinci oyun günündə 1 matç keçirilib.
“Karvan-Yevlax” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib. Oyunda Naxçıvan klubu 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 21-ci tura nəzərdə tutulan, bu gün keçirilməli olan "Qarabağ" - "Neftçi" matçı təxirə salınıb.
Sabah turun daha iki oyunu keçirləcək:
14:30. “İmişli” - “Şamaxı”
17:00. “Sabah” - “Kəpəz”
20 fevral (cümə)
“Turan Tovuz” - “Zirə” - 2:0
“Sumqayıt” - “Qəbələ” - 0:0