Ötən gecə UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.
Modern.az xəbər verir ki, ikinci oyun günündə daha 4 görüş keçirilib və nəticədə 1/8 finalın bütün iştirakçıları müəyyənləşib.
Türkiyənin "Qalatasaray" klubu səfrdə "Yuventus"la qarşılaşıb. İtaliayadakı bu oyun 3:0 hesabı ilə başa çatıb. "Qalatasaray" öz meydanında 5:2 hesabı ilə qalib gəldiyində ümumu hesab 5:5 olub və əlavə vaxt oynanılıb. Burada "Qalatasaray" daha 2 qol vurub. Oyun 3:2 hesabı ilə "Yuventus"un xeyrinə başa çatıb və bu nəticə "Qalatasaray"ı 1/8 finala yüksəldib.
Digər oyunlar aşağıdakı hesabla başa çatıb:
"Atalanta" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya) - 4:1
İlk oyun - 0:2
PSJ (Fransa) - "Monako" (Fransa) - 2:2
İlk oyun - 3:2
"Yuventus" (İtaliya) - "Qalatasaray" (Türkiyə) - 3:2
İlk oyun - 2:5
"Real" (İspaniya) - "Benfika" (Portuqaliya) - 2:1
İlk oyun - 1:0
"Atletiko" (Madrid, İspaniya) – "Brügge" (Belçika) - 4:1
İlk oyun - 3:3
"Bayer" (Almaniya)– "Olimpiakos" (Yunanıstan) - 0:0
İlk oyun - 2:0
"İnter" (İtaliya) – "Bodo-Qlimt" (Norveç) - 1:2
İlk oyun - 1:3
"Nyukasl" (İngiltərə) – "Qarabağ" (Azərbaycan) - 3:2
İlk oyun - 6:1
Beləliklə, "Atalanta", "Real", PSJ, "Qalatasaray", "Nyukasl", "Atletiko", "Bodo-Qlimt" və "Bayer" 1/8 finala adlayıb. "Arsenal", "Bavariya", "Liverpul", "Tottenhem", "Barselona", "Çelsi", "Sportinq" və "Mançester Siti" isə Liqa mərhələsini ilk 8-likdə başa vuraraq birbaşa 1/8 finala çıxıb.
Qeyd edək ki, ÇL-də 1/8 finalın püşkü fevralın 27-də atılacaq.