UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Modern.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayıb.
Püşkatmaya əsasən, Türkiyənin "Qalatasaray" klubu 1/8 finalda İngiltərənin “Liverpul” komadası ilə qarşılaşacaq.
Digər rəqiblər aşağıdakı kimi müəyyənləşib:
"Bayer” (Almaniya) - "Arsenal" (İngiltərə)
“Liverpul” (İngiltərə) - “Qalatasaray” (Türkiyə)
“Çelsi” (İngiltərə) - PSJ (Fransa)
"Bodo-Qlimt” (Norveç) - “Sportinq” (Portuqaliya)
“Real Madrid” (İspaniya) - “Mançester Siti” (İngiltərə)
“Nyukasl" (İngiltərə) - “Barselona” (İspaniya)
“Atletiko” (İspaniya) - "Tottenhem” (İngiltərə)
“Atalanta” (İtaliya) - "Bavariya” (Almaniya)
Bu mərhələnin ilk oyunları martın 10-11-də, cavab matçları isə 17-18-də baş tutacaq.
