Modern.az

Hidayət Heydərov cəzalandırıldı

Hidayət Heydərov cəzalandırıldı

İdman

Bu gün, 11:26

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb.

Modern.az xəbər verir ki, bu barədə federasiyanın məlumatında bildirilib.

Qeyd edilib ki, Hidayət Heydərov (73 kq) çəkisini sala bilmədiyinə görə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirinə buraxılmayıb.

"Azərbaycan Cüdo Federasiyası daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb", - məlumatda vurğulanıb.

Qeyd edək ki, H.Heydərov Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran darmadağın edilir - Xameneini gizlətdilər