Misli Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
Modern.az xəbər verir ki, "Neftçi" "Şamaxı"nın qonağı olub.
Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Bakı klubu 31 xalla 6-cı, ev sahibi komanda isə 26 xalla 8-ci yerdədir.
Qeyd edək ki, turun daha əvvəl baş tutan matçlarında "Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" isə "Araz-Naxçıvan"ı (1:0) üstələyib.