Modern.az

Raket hücumları səbəbindən ispan futbolçular İranı tərk edib

Raket hücumları səbəbindən ispan futbolçular İranı tərk edib

İdman

Bu gün, 02:01

Yaxın Şərqdə artan gərginlik fonunda İran komandasında oynayan ispan futbolçular ölkəni tərk edərək Türkiyəyə gediblər.

Modern.az xəbər verir ki, mərakeş əsilli futbolçu Munir El Haddadi “Cadena SER”ə verdiyi müsahibədə yaşadığı qorxu və narahatlığı bölüşüb: “Raketləri gördük, çox təsirli idi. İlk dəfə belə vəziyyətlə üzləşdim. İndi artıq təhlükəsizlikdəyəm və yaxşıyam.”

Munir bir neçə gün internetə çıxışının olmadığını qeyd edib və İrana qayıdıb-qayıtmayacağı barədə qərarının hələ dəqiq olmadığını bildirib.

“Göydə bəzi raketlərin İranın hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini gördük. Uçuş baş tutmayınca avtomobillə yola çıxdıq. Türkiyə sərhədinə çatmaq təxminən 12 saat çəkdi”, – deyə İvan Sançez də açıqlama verib.

Futbolçular səhər 05:00-dan 12:30-dək hava limanında gözlədikdən sonra İstanbul reysinə minib və daha sonra İspaniyaya yola çıxıblar. (Haber Global)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneinin yerinə gətirilən rəhbər də ÖLDÜRÜLDÜ - Şok açıqlama