Modern.az

Türkiyədə bələdiyyə başçısı və müavini həbs edildi

Türkiyədə bələdiyyə başçısı və müavini həbs edildi

İdman

Bu gün, 02:57

Türkiyənin Bolu şəhərinin bələdiyyə başçısı Tanju Özcan həbs olunub.

Modern.az xəbər verir ki, Tanju Özcan və Bolu bələdiyyə sədrinin müavini Süleyman Can barəsində qərar Növbətçi Sulh Ceza Hakimliği tərəfindən verilib.

Bu gün məhkəməyə çıxarılan Özcan da daxil olmaqla 13 nəfər əvvəlcə prokurorluqda ifadə verib, daha sonra hakim qarşısına çıxarılıb. Prokurorluq Tanju Özcan, Süleyman Can və Ali Sarıyıldızın həbsini, digər 10 nəfər barəsində isə məhkəmə nəzarəti qətimkan tədbirinin seçilməsini tələb edib.

Hakimlik Tanju Özcan və Süleyman Canın həbsinə qərar verib, digər 11 nəfər haqqında isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub.

Sizə yeni x var
Keçid et
Xameneinin yerinə gətirilən rəhbər də ÖLDÜRÜLDÜ - Şok açıqlama