Modern.az

“Beşiktaş” öz meydanında “Qalatasaray”a məğlub oldu

“Beşiktaş” öz meydanında “Qalatasaray”a məğlub oldu

İdman

Bu gün, 00:20

Türkiyə Super Liqasında XXV turun oyunları keçirilir.

Modern.az xəbər verir ki, bu gün İstanbul derbisi baş tutub.

“Beşiktaş” “Qalatasaray”ı qəbul edib. Görüş “ağ-qaralar”ın üstünlüyü şəraitində keçib. Buna baxmayaraq hesabı qonaqlar açıb. Viktor Osimhen komandasını irəli çıxarıb. İkinci hissədə “Beşiktaş” təzyiqi daha da artırıb. Epizodlardan birində “sarı-qırmızılılar”ın futbolçusu Leroy Sane birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. 10 nəfərlə qalan “Qalatasaray” qələbə hesabını qoruyub saxlaya bilib - 1:0.

Qeyd edək ki, “Cimbom” 61 xalla turnir cədvəlinə başçılıq edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran Bakıda bu yerləri partlatmaq istədi - DTX hərəkətə keçdi! - Xəbəriniz Var? - Media Turk TV