Modern.az

"Neftçi" məğlub oldu

"Neftçi" məğlub oldu

İdman

9 Mart 2026, 23:26

Futbol üzrə Misli Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, günün son matçında "Neftçi" evdə "Turan Tovuz"la üz-üzə gəlib.

 

Görüş Tovuz klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Bölgə təmsilçisi 44 xalla üçüncü pillədə qərarlaşıb. "Ağ-qaralar" isə 31 xalla 7-ci yerdədir.

 

Günün ilk oyununda “Zirə” öz meydanında “Kəpəz”i qəbul edib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

 

XXIII turun əvvəlki oyunlarında "Sumqayıt" səfərdə "Karvan-Yevlax"la 1:1, "İmişli" "Şamaxı" ilə 0:0 hesablı heç-heçə edib, “Qarabağ” isə doğma meydanda “Araz-Naxçıvan”a 6 cavabsız qolla qalib gəlib. Tura martın 10-da yekun vurulacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...