Modern.az

“Sabah”  7 qolla qələbə qazandı

“Sabah”  7 qolla qələbə qazandı

İdman

Bu gün, 22:10

Futbol üzrə Misli Premyer Liqasında XXIII tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçirilib. Lider “Sabah” öz meydanında “Qəbələ”ni qəbul edib. Görüş ev sahiblərinin 7:1 hesablı qələbəsi ilə bitib.

 

Bu nəticədən sonra xallarını 56-ya çatdıran “Sabah” turnir cədvəlində liderliyini möhkəmlədib. 16 xalı olan “Qəbələ” isə 11-ci sırada qərarlaşıb.

 

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” “İmişli” ilə qolsuz, “Karvan-Yevlax” “Sumqayıt”la 1:1, “Zirə” “Kəpəz”lə 2:2 hesablı heç-heçə edib, “Qarabağ” “Araz-Naxçıvan”ı 6, “Turan Tovuz” isə “Neftçi”ni 1 cavabsız qolla üstələyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada