Ötən gecə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
Modern.az xəbər verir ki, İstanbulda “Qalatasaray” “Liverpul”la üz-üzə gəlib. Türklər 1:0 hesablı qələbə qazanıb.
“Bavariya” “Atalanta”nı darmadağın edib. "Atletiko" "Tottenhem"ə böyük hesabla qalib gəlib. “Barselona” isə “Nyukasl”la heç-heçə edib.
Qeyd edək ki, bu komandaların cavab görüşləri martın 18-də keçiriləcək.
1/8 final mərhələsi, ilk oyunlar
"Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə) - 1:0
"Atalanta" (İtaliya) - "Bavariya" (Almaniya) - 1:6
"Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya) - 1:1
"Atletiko" (İspaniya) - "Tottenhem" (İngiltərə) - 5:2