Modern.az

Azərbaycan taekvondoçuları Belçikada 6 medal qazanıblar

Azərbaycan taekvondoçuları Belçikada 6 medal qazanıblar

İdman

Bu gün, 19:52

Azərbaycan taekvondoçuları Belçikanın Lommel şəhərində keçirilən "Belgian Open" beynəlxalq turnirində 6 medal qazanıblar.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

Yarışın ilk günündə gənc taekvondoçularımız 1 qızıl və 4 bürünc medal qazanıblar.

49 kq çəki dərəcəsində çıxış edən Nilufər Borci bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Rasim Xəlilov (45 kq), İlknur Əlimov (48 kq), Mehriban İsmayıllı (46 kq) və Allahverdi Məmmədov (+78 kq) bürünc medal əldə ediblər.

Böyüklər arasında keçirilən yarışda isə Qaşım Maqomedov (63 kq) bürünc medal qazanıb.

Yarışda beyxəlxalq dərəcəli referi Aygül Abdullayeva ölkəmizi hakim kimi təmsil edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı