"Qalatasaray"ın hücumçusu Viktor Osimhen əməliyyat olunub.
Modern.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Onun təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Xatırladaq ki, 27 yaşlı forvard UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində səfərdə "Liverpul"la matçda zədələnib. Ulduz futbolçunun qolu sınıb.